Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında Memorandum imzalanıb
20.07.10 02:44

Bakı Dövlət Universiteti ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında Memorandum imzalanıb. BDU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Memorandumu BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov və MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayev imzalayıblar. Sənəddə hər iki tərəf arasında elmi simpozium, seminar və konfransların təşkili, nanotexnologiya sahəsində beynəlxalq proqram və layihələrdə birgə iştirak, təhsil proqramlarının həyata keçirilməsi, bu sahədə innovasiyaların inkişafı və investisiyaların yatırılması məsələlərinin təşkili nəzərdə tutulur. Memorandumda, həmçinin Azərbaycanda innovasiya layihələri üzrə informasiya bazalarının yaradılması, maliyyə mənbələrinin cəlb edilməsi, elmi-tədqiqat işləri, innovasiya və təhsilin səviyyəsinin artırılması, BDU-nun maddi-texniki bazasından istifadə və alimlərin MDB NBİM-in kollektiv istifadə mərkəzlərində sərbəst çalışması üçün lazımi şəraitin yaradılması məsələləri də əksini tapıb.
URL / WWW
http://kelam.az/article/a-1665.html