Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Təmiz Şəhər” ASC məktəblilər üçün yay məktəbi keçirəcək
16.07.10 21:03

Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Ekologiya İli” çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən iyulun 26-dan 31-dək məktəblilər üçün “Təmiz şəhər naminə” adlı yay məktəbi təşkil ediləcək. Bu barədə məlumatı ASC-nin mətbuat xidmətinin rəhbəri Leyla Osmanova verib. Yay məktəbinin təşkilində məqsəd orta məktəb şagirdlərinin tullantıların düzgün idarə edilməsi, ətraf mühitin mühafizəsi sahəsində bilik və dünya görüşünü genişləndirmək və ətraf mühitin mühafizəsi mövzusunda ictimai müzakirələrin keçirilməsidir. Məktəbin təşkili həmçinin, ekoloji mədəniyyətin inkişafı və ətraf mühitin mühafizəsinə gənclərin diqqətini yönəltmək məqsədi daşıyır. Yay məktəbində Bakı şəhər orta məktəblərinin 14-17 yaşlı şagirdləri iştirak edə bilərlər. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə Quba şəhərinin Qəçrəş kəndində yerləşən istirahət mərkəzlərinin birində keçiriləcək yay məktəbində ümumilikdə 60 nəfər iştirak edəcək. Tədris proqramının sonunda iştirakçılar arasında tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzusunda debat yarışları keçiriləcək. Debat turnirində 16 paytaxt məktəbinin komandası iştirak edəcək.

Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-1663.html