Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Abituriyentlər öz güclərinə arxalanmalıdırlar”
16.07.10 20:12

Cari il iyulun 11-də ali təhsil müəssisələrinə qəbulla bağlı III qrup üzrə keçirilən imtahanlar bir daha göstərdi ki, abituriyentlərin bəziləri hələ də bir-birlərinə kömək etməklə yaxşı nəticə göstərəcəklərinə və qeyri-qanuni yolla ali məktəbə qəbul olacaqlarını əsas götürürlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, III qrup üzrə keçirilmiş imtahanlardan ümumilikdə 67 abituriyent xaric olunub. “Onlar qayda pozuntularına yol veriblər. 31 nəfər 200 baldan yuxarı nəticə göstərən abituriyentin işi xüsusi araşdırma nəticəsində ləğv edilib. Yenə də köçürmə hallarına yol verənlər olur, onlar imtahan vərəqələrini bir-birlərinə verirlər. Buna yol verən şəxslər dərhal imtahan zalından çıxarılır. Təəssüf ki, hələ də imtahan zalına mobil telefon keçirmək istəyənlərin sayı çoxdur. Binalarda telefon işləyən kimi bəlli olur və o telefondan istifadə edən tapılır. Ona görə də abituriyentlər konspektlərə, telefona və digər köməkçi vasitələrə yox, öz güclərinə arxalanmalıdırlar”,-deyə M.Abbaszadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1661.html