Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbula başlayıb
16.07.10 20:10

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Daxili İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan vətəndaşları üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbula başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə qeyd edib ki, TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 300 və daha yüksək bal toplayanlar bu müsabiqədə iştirak edə bilərlər. “Həmçinin 16-20 yaş arasında olan Azərbaycan vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələnlər, müvafiq xəstəxanadan “Hərbi müdavim ola bilər” qeyd olunmuş arayış alanlar, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla və ya kişi ilə nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayanlar müsabiqə iştirakçısı ola bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 15-dən 26-dək TQDK-nın internet saytının müvafiq bölməsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyat başa çatdıqdan sonra 40 nəfər namizəd Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcəklər. Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 10 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcəklər”,-deyə TQDK sədri açıqlayıb. M.Abbaszadə onu da əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər ölkəmizdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaqlar.
URL / WWW
http://kelam.az/article/a-1657.html