Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmin İnkişafı Fondu BDU-da tədbir keçirib
17.07.10 03:10

Bu gün Bakı Dövlət Universitetində (BDU) Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) elmi-tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin elan edilməsinə həsr olunan tədbiri keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən veriblər. Tədbirdə çıxış edən BDU-nun Elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev son illər ölkəmizdə elm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Azərbaycanda elmin hərtərəfli inkişafı istiqamətində prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tarixi əhəmiyyətini vurğulayıb. EİF-nin icraçı direktoru Elçin Babayev isə deyib ki, əsas məqsədləri ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunan təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramlar və layihələri maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaqdan ibarətdir. O qeyd edib ki, qrantlar kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya bölünüb. Öz xarakterinə görə qrant layihələri bir elm və ya bir neçə elm sahəsini əhatə edə bilər. İldə iki dəfə belə müsabiqələrin keçirilməsinin nəzərdə tutulduğunu deyən E.Babayev qeyd edib ki, cari il üçün qrant maliyyələşdirilməsinin həcmi 6 mln. 100 min manat məbləğindədir. İlk müsabiqədə iştirak etmək üçün ərizələr 2010-cu il iyulun 1-dən başlayacaq və sentyabrın 15-dək aparılacaq.
URL / WWW
http://kelam.az/article/a-1656.html