Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DJHAM sədri: “Ölkədə mətbuat xidmətlərinin fəaliyyəti dünya ölkələri ilə müqayisədə mənfi xarakter daşıyır”
17.07.10 02:27

Azərbaycanda qurumların mətbuat xidmətlərinin KİV-lə əməkdaşlıq səviyyəsi dünya ölkələri ilə müqayisədə kifayət qədər mənfi xarakter daşıyır. Bu barədə Beynəlxalq Mətbuat Klubunun (BMK) Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” layihəsi çərçivəsində jurnalist təşkilatlarının rəhbərləri ilə aparılan sorğuya cavabında “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (DJHAM) sədri Cəsur Sümərinli söyləyib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. C.Sümərinlinin sözlərinə görə, təkcə Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan bu sahədə xeyli geridə qalıb. “Məsələn, Ukraynada ictimai nəzarətlə bağlı qanun qəbul olunub və bu qanuna əsasən güc strukturlarının üzərində KİV və QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi öhdəliyi nəzərdə tutulub. Burada jurnalistlər daim müvafiq qurumlar üzrə işləmək üçün, həmin qurumlar tərəfindən təlimlərə cəlb edilir. Azərbaycanda isə, dövlət qurumlarının əksəriyyəti nəinki təlimlər təşkil edir, adi işgüzar anda belə jurnalistlərlə məsafə saxlayırlar. Qurumlarla jurnalistlər arasında bir sədd mövcuddur. Əksər qurumların mətbuat xidmətlərindən jurnalistlər operativ şəkildə cavab ala bilmirlər. Bəzilərində son illər bu sahədə bir inkişaf müşahidə olunur. Buna misal olaraq, Xarici İşlər, Müdafiə nazirliklərini göstərə bilərəm. Daxili Qoşunların mətbuat xidmətində də son iki ildə əməkdaşlıq səviyyəsi yüksəlib. Lakin bu problemin ümumi və birdəfəlik həll edilməsi üçün vahid plan olmalıdır. O plan əsasında qurumlar tərəfindən mətbuat xidmətlərini öz iş prinsiplərinin nədən olması barədə təlimatlandırmalı və müvafiq sahələr üzrə jurnalistlərə təlimlər təşkil olunmalıdır. İlk növbədə qurum rəhbərləri mətbuat xidmətlərinin intensiv fəaliyyətində maraqlı olmalıdırlar. Çünki bu xidmətin rəhbərliyinə gətirilən insanların peşəkarlığından da çox şey asılıdır”-deyə DJHAM sədri bildirib.
URL / WWW
http://kelam.az/article/a-1652.html