Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranda partlayış: 21 nəfər həlak olub, 100-dək adam yaralanıb
17.07.10 03:26

İranın Sistan-Belucistan əyalətinin mərkəzi Zahidan şəhərində iki terror aktı törədilib. KƏLAMİNFO xəbər verir ki, partlayışlar nəticəsində İslam inqilabı korpusunun hərbi qulluqçuları da daxil olmaqla 21 nəfər həlak olub, 100-dək adam yaralanıb. İlk partlayış şəhərin mərkəzi məscidinin girişində axşam namazından sonra baş verib. Bir qədər sonra hadisə yerinə təcili yardım maşınları gələrkən ikinci partlayış olub. Bu terror aktlarına görə məsuliyyəti ekstremist “Cundullah” təşkilatı üzərinə götürüb. Partlayışlar iki intiharçı-terrorçu - edam olunan Əbdülmalik Rihinin qohumları tərəfindən törədilib. Terrorçular hücumu öz başçılarının edam edilməsinə cavab olaraq həyata keçirdiklərini bildiriblər. Qeyd edək ki, bu qruplaşmanın “Əl-Qaidə” ilə yaxın əlaqəsi olduğu bildirilir.
URL / WWW
http://kelam.az/article/a-1651.html