Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP üzvlərinin sayı 500 min nəfərə çatacaq
30.10.09 03:58

Yaxın günlərdə Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin sayı 500 min nəfərə çatacaq. Bu barədə məlumatı YAP-ın sədr müavini, icra kitibi Əli Əhmədov verib. Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixində bu qədər insanı öz sıralarında birləşdirən siyasi təşkilat heç bir zaman olmayıb. “İlk dəfə olaraq belə bir yüksək göstəricini YAP nümayiş etdirib. Digər parametrlər baxımından da YAP şəksiz olaraq cəmiyyətimizin ən güclü siyasi partiyasıdır. Bu o qədər böyük bir həqiqətə çevrilib ki, artıq YAP cəmiyyətin ən böyük, ən güclü partiyasıdır fikrini səsləndirmək özü belə adiləşib”,-deyə Ə.Əhmədov vurğulayıb. Partiya rəsmisi həmçinin YAP-ın qarşıdan gələn ildönümünün də qeyd olunacağını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-165.html