Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əhməd Davudoğlu Almatıda Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışıqlar aparacaq
15.07.10 19:12

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla danışıqlar aparacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "Hürriyyet" qəzeti yayıb. Görüşlər iyulun 16-17-də Qazaxıstanda təşkil olunacaq ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində keçiriləcək. Məlumatda bildirilir ki, Ə.Davudoğlu E.Məmmədyarov və E.Nalbandyanla ikitərəfli görüşlər aparacaq. Qeyd edək ki, sammit çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Fransa, Rusiya və ABŞ xarici işlər nazirləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə görüşlərinin keçirilməsi planlaşdırılır. Təxmin olunan görüş tarixində - 17 iyulda tərəflərin danışıqların yekunlarına dair birgə bəyanatla çıxışları gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-1649.html