Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Şəmsəddin Hacıyev: “Təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət yaradacaq”
16.07.10 03:12

“Təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi dövlət və özəl ali məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev söyləyib. Ş.Hacıyev bildirib ki, bu ildən başlayaraq yeni maliyyələşdirmə mexanizminin hələlik ali təhsil müəssisələrində tətbiqinə başlanacaq. “Artıq bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Hesab edirəm ki, yeni maliyyələşdirmə mexanizmi ali təhsil sistemində sağlam rəqabət mübarizəsinin bərqərar olmasına, dövlət və özəl ali məktəbləri arasında ayrı-seçkiliyin aradan qaldırılmasına və son nəticədə bütövlükdə ali təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən xərc normalarının düzgün hesablanması yeni sistemin özünü doğrultmasında mühüm rol oynayacaq”,-deyə Ş.Hacıyev vurğulayıb. Onun sözlərinə görə, belə olan şəraitdə tələbənin azad seçim etməsi mümkün olacaq və əvvəldə də qeyd etdiyimiz kimi, dövlət və özəl ali məktəbləri arasında sağlam rəqabət mühiti yaradılacaq.
URL / WWW
http://kelam.az/article/a-1648.html