Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK-nin nəzdində yaradılan Şuranın ilk iclası keçiriləcək
15.07.10 19:12

Yaxın günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəzdində yaradılan Dini ibadət yerinin tikintisi və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpası, əsaslı təmiri) məqsədəuyğunluğunu daha obyektiv araşdıracaq Şuranın ilk iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində DQİDK mətbuat xidmətinin rəhbəri Saleh Aslanov verib. S.Aslanov bildirib ki, Şura yeni yaradılıb və ona DQİDK sədri Hidayət Orucov sədrlik edir. Əsasnaməyə uyğun olaraq, Şuranın tərkibi 5-11 nəfərdən ibarət ola bilər. Şurada AMEA, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları və digər müvafiq qurumların nümayəndələri təmsil olunur.
URL / WWW
http://kelam.az/article/a-1647.html