Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » M.V.Lomonosov adına MDU-nun Bakı filialı tələbə qəbulu elan edir
15.07.10 19:11

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2010/2011-ci tədris ili üçün (bakalavriat səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-dan veriblər. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın 2010-cu ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə “əla” və “yaxşı” qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaq. Moskva Dövlət Universitetinin Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur. Tədris əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iki semestr ərzində təhsil almaq imkanı əldə edəcəklər. Filialın məzunlarına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu təqdim ediləcək.
URL / WWW
http://kelam.az/article/a-1646.html