Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Abdullah Gül: “Türkiyə Avropa Birliyinə üzvlük üçün fövqəladə səy göstərir”
16.07.10 03:10

Bu gün Türkiyə prezidenti Abdullah Gül Sloveniyaya rəsmi səfərə gedib. KƏLAMİNFO Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfərin ilk günündə prezident A.Gül sloveniyalı həmkarı Danilo Türk tərəfindən Brdo qalasında rəsmi tədbirlə qarşılanıb. Təkbətək və heyətlərarası görüşlərdən sonra keçirilən mətbuat konfransının əsas mövzusu Avropa Birliyi olub. Türkiyənin Avropa Birliyinə üzvlüyünə tam dəstək verdiklərini bildirən Sloveniya prezidenti texniki məsələlərin siyasi məsələlər kimi göstərilməsini doğru hesab etməyib. Prezident A.Gül bildirib ki, Türkiyə Avropa Birliyi ilə müzakirələri davam etdirməkdədir və rəsmi Ankaranın qruma üzvlüyü strateji qərardır. A.Gül Sloveniyaya səfəri çərçivəsində bu ölkənin parlamentində də olub. Parlamentin sədri Pavel Qantarla görüşən A.Gül daha sonra baş nazir Borut Pahorla da bir araya gəlib.
URL / WWW
http://kelam.az/article/a-1644.html