Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Türkiyədə İRƏLİ-çi gənclərin yay düşərgəsinə start verildi
16.07.10 03:20

Türkiyənin Karabak Gənclər və İdman Müdürlüyü və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 13-20 iyul tarixlərində “Türkiyə-Azərbaycan Gənclik Dəyişimi Fəaliyyət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin Türkiyənin Karabük, Ankara, Safranbolu və Amasya bölgəsinə tanışlıq səfərləri həyata keçirilir. İRƏLİ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, hazırda keçirilən 1 həftəlik düşərgənin məqsədi Türkiyənin gənclər siyasəti ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi və ölkələrin mədəniyyət gecələrini keçirməklə gənclərin ölkələr haqqında məlumatlarını genişləndirməkdir. Bundan əlavə düşərgə iştirakçıları ilə Karabük şəhərinin rəsmiləri arasında görüşlər keçirilməsi də planlaşdırılır. Düşərgədə “İRƏLİ” İB-nin 30 fəal gənci iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-1640.html