Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “ABŞ İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Azərbaycan ərazisinə ehtiyacı olmayacaq”
16.07.10 03:18

Azərbaycan İranla qonşu, ABŞ ilə strateji müttəfiq olmasına baxmayaraq, bu iki ölkə arasında müharibə başlayarsa, bundan qətiyyən narahat olmamalıdır. Çünki, İrana qarşı müharibə başladığı halda coğrafi cəhətdən ABŞ-ın Azərbaycana ehtiyacı olmayacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib Politoloqun fikrincə, ABŞ-ın İrana qarşı hansısa hərbi hücumu başlayarsa, bunun üçün onun əlində İran körfəzi var. “Bu körfəzdə ABŞ-ın kifayət qədər hərbi gəmiləri mövcuddur. Bundan başqa, ABŞ-ın Yaxın Şərq ölkələrində xeyli hərbi bazaları da var. Buna görə də, İrana qarşı müharibə başlayarsa, ABŞ Azərbaycana əsasən enereji müttəfiqi kimi yanaşar, nəinki hərbi əməliyyatlar üçün tranzit vasitə kimi. Birləşmiş Statların Azərbaycanla bağlı kifayət qədər enerji layihələri var. O, bunu istənilən şəraitdə digər əməkdaşlıqla əvəz etməz. Buna onun heç ehtiyacı da yoxdur”,-deyə politoloq vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1638.html