Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » V.Mövsümov: “Yerlərdə məmurlar tərəfindən özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr var”
15.07.10 01:30

Bir sıra yerlərdə məmurlar, ayrı-ayrı hüquq-mühafizə orqanları, reyestr, vergi xidmətləri, bələdiyyələr, memarlıq idarələri, sanitar xidmət şöbələri tərəfindən özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr edilir. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov söyləyib. O, sözügedən problemlə bağlı sahibkarlar tərəfindən rəhbərlik etdiyi quruma kifayət qədər şikayətlərin daxil olduğunu vurğulayıb. V.Mövsümovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Fondu “Özəl sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısının alınmasına dəstək” layihəsini həyata keçirir və layihə çərçivəsində Sumqayıtda keçirilən ilk tədbirdə sahibkarlar bu problemlərlə üzləşdiklərini bildiriblər. “Baxmayaraq ki, dövlət özəl sahibkarlara kreditlər verir, onlara münbit şərait yaradır, ancaq şikayətlər onu göstərir ki, yerlərdə sahibkarların fəaliyyətinə süni maneələr yaradılır. Bu müdaxilələr də sahibkarların fəaliyyətinin genişlənməsinə mane olur. Bu da sonda, dövlət başçısının onlara yaratdığı şəraitin qarşısını alır, həmçinin sahibkarlığın inkişafını ləngidir”,-deyən V.Mövsümov əlavə edib ki, rəhbərlik etdiyi qurumun “Qaynar xətti” fəaliyyət göstərir və daxil olan şikayətlər müvafiq dövlət qurumları, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilir.
URL / WWW
http://kelam.az/article/a-1637.html