Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İstirahət mövsümü ilə əlaqədar ölkə ərazisindəki otellərdə monitorinqlər aparılır
14.07.10 19:29

Hazırda yay mövsümü ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turizmlə bağlı ərazilərində fəaliyyət göstərən otellərdə monitorinqlər keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat katibi İntiqam Hümbətov verib. Onun sözlərinə görə, monitorinqlər əsasən ölkənin yay mövsümündə turizm üçün əlverişli olan bölgələrində, xüsusi ilə də Şimal bölgəsində aparılır. “Yoxlamalar zamanı əsasən otellərin keyfiyyətinə, xidmətinə və qiymət məsələlərinə diqqət yetirilir. Monitorinqlərin yaxın həftə ərzində yekunlaşması gözlənilir. Dəqiq nəticələr barədə yekundan sonra məlumat veriləcək”,-deyə İ.Hümbətov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1636.html