Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimatı oldu
15.07.10 03:29

Bu gün “Caspian Plaza”da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA ) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyi ilə Azərbaycan Milli jurnalistikasının 135 illiyi münasibətilə Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimat mərasimi oldu. KƏLAMİNFO xəbər verir ki, kitaba Həsən bəy Zərdabinin bioqrafiyasını, onun mətbuat tariximizdəki xidmətlərini, milli oyanış və geniş maarifçilik fəaliyyətini əks etdirən tarixi materiallar və tədqiqatlar daxil edilib. Tədbirdə SAMF sədri, şair Musa Yaqub çıxış edərək bildirdi ki, Həsən bəy Zərdabi mətbuatın bünövrəsini qoyan, öz canını mətbuata fəda edən bir şəxsiyyətdir. Onun sözlərinə görə, kitabda “Əkinçinin tarixi yenidən tədqiq olunub və toplanan materiallar Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova Abayevanın, qızı Qəribsoltan xanımın xatirələri və böyük ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun qeydləri əsasında yazılıb. Bu gün yaxşı qələmi olan jurnalistlər olsa da, Zərdabi kimi fədakar olanı yoxdur.Əməkdar jurnalist Tahir Aydınoğlu isə qeyd etdi ki, Həsən bəyin bioqrafiyası və irsi xalqa yeniləşmə və inkişaf enerjisi gətirən söz və əməl qaynağı olaraq çox böyük həyat cövhəri daşıyır. Zərdabi səlnaməyə çevrilsə də doğum tarixi həmişə mübahisələrə səbəb olub. Onun 1837-ci il 12 noyabrda doğulması haqqında dəqiq məlumatlar olsa da, bəzən bu dəyişdirilir. Tahir Aydınoğlu bildirdi ki, Zərdabinin 60-cı illərdə rus dilində məqalələri dərc olunsa da, həmin məqalələr Azərbaycan dilinə hələ də tərcümə olunmayıb. Tədbirdə Zərdabi irsinin tədqiqatçıları da mətbuatımızın banisi haqqında fikirlərini bölüşdülər. Xatırladaq ki, SAMF-ın dəstəyilə eyni adlı kitab 2005-ci ildə Məmməd Nazimoğlunun redaktorluğu ilə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanımın xatirələri əsasında nəşr olunub.
URL / WWW
http://kelam.az/article/a-1635.html