Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakı İslam Universitetinin “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edilib
14.07.10 18:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıq” ixtisası üzrə tələbə qəbulu elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Müsabiqədə III ixtisas qrupu üzrə qəbul imtahanında 250 və daha yüksək bal toplamış abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqədə iştirak etmək istəyənlər cari il iyulun 15-dən iyulun 25-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əsli, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.
URL / WWW
http://kelam.az/article/a-1634.html