Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 4200 müraciət daxil olub
15.07.10 02:02

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunub. Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseyləri və Saatlı Peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyatı olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədləri və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunub.2009-2010-cu dərs ilinin yay imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələrindən 41 müraciət daxil olub, onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si orta ixtisas təhsil müəssisələrindən qəbul edilib. Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi, pedaqoji və istehsalat təcrübələrinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi qaydaları və s. ilə bağlı olub. Qeyd edək ki, bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Eyni zamanda adı çəkilən təhsil müəssisələrinə gələcək fəaliyyətlərində yol verilən nöqsanların aradan qaldırılması tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-1631.html