Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Danışıqlarda münaqişə ilə bağlı qərar qəbul olunmazsa, bunun günahkarı ABŞ-dır”
15.07.10 02:00

Son vaxtlar Ermənistanın Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanatlarda məcburilik hiss olunur. Bu ölkədə hazırki hakimiyyət verdiyi bəyanatlarda işğal olunmuş torpaqların azad olunmasını özləri də təsdiq etməklə, sanki məcburi şəkildə işğalçı olduqlarını etiraf edirlər. Bunları KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu söyləyib.Politoloqun fikrincə, Ermənistanın hazırkı hakimiyyətinin apardığı siyasət ölkəni özündən asılı olmayan bir vəziyyətə gətirib çıxarıb. “Mənfi və müsbət mənada rəsmi İrəvan kifayət qədər təsir altındadır. Ona görə də, indiki halda istər nazirlərin Almata görüşündə, istərsə də digər danışıqlarda Qarabağ münaqişəsi ilə bağlı hansısa qərar qəbul olunmazsa, günah rəsmi İrəvanda olmayacaq, gunahkar həmsədr ölkələr, xüsusilə də ABŞ-dır. Əlbəttə, əgər Almata görüşünə qədər Ermənistanda hakimiyyət dəyişikliyi olmayacaqsa. Ermənistanın hazırkı hakimiyyəti ozü də artıq anlayır ki, o oyuncağa çevrilib. Çünki vaxtilə Ermənistanı Azərbaycanın üstünə qızışdıran başda ABŞ olmaqla üç böyük ölkə indi ermənilərdən tutduqları ərazidən çıxmağı tələbə edir. Son günlər ABŞ və digər həmsədr ölkələrin rəsmilərinin torpaqların boşaldılması ilə bağlı səsləndirdiyi qəti bəyanatlar da bunu göstərir. Proseslər bu fonda özü də aydın göstərir ki, Ermənistan öz iradəsindən asılı olamadan hərəkət edir. Buna görə də, yaxın müddətdə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində razılıq verməsə, səbəbkar ermənilər olamayacaq, məhz elə ABŞ özü olacaq. Buna hazırda baş verən hadisələr özü də əsas verir. İndiki zamanda ABŞ-ın, eləcə də Fransanın qoşunların yeddi rayondan çıxarılması ilə bağlı rəsmi İrəvana təzyiqləri var. Bunu ABŞ prezidenti erməni prezidentinin diqqətinə Vaşinqtonda keçirilən nüvə sammiti çərçivəsində də çatdırdı. Lakin, maraqlı məqam ondadır ki, bu ölkələr Ermənistana bu sözü deyir, amma, arxasında durmurlar. Yəni, Ermənistana şərt qoymurlar ki, əgər sən torpaqlardan çıxmasan biz səninlə müvafiq əlaqələri kəsəcəyik. Təəccüblü odur ki, demirlər. Düşünürəm ki, deməmələrinin də müxtəlif səbəbləri var”,-deyə politoloq açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-1630.html