Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan jurnalistləri İrəvanda “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfransda iştirak edir
14.07.10 02:56

İrəvanda “Qafqazda informasiya azadlığı” adlı beynəlxalq konfrans keçirilir. Amerikanın Milli Təhlükəsizlik Arxivinin təşəbbüsü ilə artıq ikinci ildir təşkil olunan konfransda Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan və ABŞ-dan olan bir qrup jurnalist iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya tanınmış jurnalist Babək Göyüş verib. Konfransa Azərbaycan jurnalistlərindən Qulu Məhərrəmli, Arif Əliyev, Xoşqədəm Baxşəliyeva, Asəf Quliyev və Rəşid Hacılı qatılıblar. Xatırladaq ki, bu tədbir ötən il Tiflis şəhərində keçirilmişdi. Gələn il isə həmin tədbirin Bakıda keçirilməsi nəzərdə tutulub. İrəvanda aparılan müzakirələr zamanı qərara alınıb ki, növbəti ildə keçiriləcək toplantıda türkiyəli jurnalistlər də iştirak etsin.
URL / WWW
http://kelam.az/article/a-1629.html