Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası çap olunub
13.07.10 19:56

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun mərhum alimi Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası “Nurlan” nəşriyyatında çap olunub. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, monoqrafiyada XIX əsrdə Azəbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gülüstan”, “Əncümənüş-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məclisi-fəramuşan”, “Məcməüş-şüəra” kimi ədəbi dərnəklərin fəaliyyəti təhlil olunub, bu məclislərin iştirakçılarının həyat və fəaliyyəti öyrənilib. Kitabı institutun əməkdaşı Vüsalə Musalı müəllifin namizədlik dissertasiyası əsasında nəşrə hazırlayıb və redaktə edib.
URL / WWW
http://kelam.az/article/a-1628.html