Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollanderlə görüşüb
14.07.10 02:55

Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan ABŞ müdafiə katibi müavininin köməkçisi xanım Seleste A.Uollanderlə görüşüb. Parlamentin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Z.Əsgərov Azərbaycanla ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb və ABŞ-ın dövlət katibi Hillari Klintonun və müdafiə naziri Robert Geytsin ölkəmizə bu yaxınlarda etdikləri səfərləri xatırladıb. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söz açan Z.Əsgərov bildirib ki, Azərbaycanın 20 faiz torpağı hələ də ermənilər tərəfindən işğal altında saxlanılır, 1 milyondan artıq vətəndaş öz doğma yurd-yuvasından didərgin düşüb. “Ermənistan isə problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır, BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur”,-deyə vitse-spiker vurğulayıb. Vitse-spiker ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın münaqişənin həllində rolunu yüksək qiymətləndirib və bu məsələdə daha fəal addımlar atılmasının vacib olduğunu diqqətə çatdırıb. Xanım S.A.Uollander ABŞ-ın Azərbaycanla strateji tərəfdaş ölkə olduğunu vurğulayıb. Qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin həllinin Azərbaycan üçün önəmi onlara məlumdur. O, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həlli üçün ABŞ-ın öz səylərini əsirgəməyəcəyini bildirib. Xanım qonaq hər iki ölkə arasında hərbi təhsil və təcrübə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söhbət açıb. Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-1627.html