Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ dövlət katibi Türkiyə XİN başçısına Cənubi Qafqaz səfəri barədə məlumat verib
14.07.10 03:28

ABŞ dövlət katibi Hillari Klinton Qafqaz səfəri barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefonda danışıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar terrorla mübarizə, İranın nüvə proqramı ilə bağlı vəziyyəti də müzakirə ediblər. Ə.Davudoğlu ilə H.Klinton İsrail hərbçilərinin Qəzzaya humanitar yük aparan gəmilərə hücumu haqda da danışıblar. Davudoğlu məsələnin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasının vacibliyini bir daha vurğulayıb. H.Klinton həmkarına bu günlərdə Cənubi Qafqaza etdiyi səfərin nəticələri haqda müfəssəl məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-1626.html