Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Region şagirdləri daha çox layihə təqdim edib
13.07.10 16:44

Məlum olduğu kimi Prezident İlham Əliyev 2010-cu ili Ekologiya ili elan edib. ARDNŞ bu məqsədlə geniş miqyaslı ekoloji layihələrin həyata keçirilməsi sahəsində işləri davam etdirir. Bu layihələrdən biri də ARDNŞ-nin maliyyə dəstəyi ilə 7-11 apreldə Bakıda keçirilən “INEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasıdır. Qeyd edək ki, tədbirdə 33 ölkənin şagird komandaları artıq qeydiyyatdan keçib.Olimpiada çərçivəsində aprelin 8-də ARDNŞ-nin Ekologiya İdarəsinin təşkilatçılığı ilə Olimpiada iştirakçıları Qala kəndində yerləşən “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə” səfər ediblər. Ekologiya İdarəsindən aldığımız məlumata görə, qonaqlara e.ə III minillikdən müasir dövrədək Abşeron yarımadası ərazisində tapılmış bütün tarixi abidələr haqqında geniş məlumat verilib.
Daha sonra tədbir iştirakçıları Ekologiya İdarəsi tərəfindən inşa edilən “Ekoloji Park” gəliblər. Ekologiya İdarəsinin rəisi qonaqları səmimi qarşılayaraq keçiriləcək tədbir haqqında məlumat verib.
Sonra tədbir iştirakçıları onlar üçün xüsusi ayrılmış yerdə müxtəlf (Yapon əzgili-50 ədəd, Badam-45ədəd, Albalı-35ədəd)  növ ağac əkiblər. Hər bir iştirakçı xüsusi hazırlanmış xatirə lövhəciklərə adını, soyadını və təmsil etdiyi ölkənin adını ağacın əkilmə tarixini qeyd edib. Əkilmiş ağaclara simvolik olaraq üç rəngli bayrağımızı əks etdirən lentlər bağlanıb. Bundan başqa ərazinin mərkəzində kvadrat şəkilli çalalarda iştirakçılar gips lövhələr üzərində öz əl izlərini qoyublar. Gips lövhələr quruduqdan sonra müxtəlif rənglərlə rənglənib. Kərpic və gips lövhələr toplanaraq gələcəkdə Ekoloji parkda ayrılmış xüsusi güşədə divar şəklində qurulacaqdır.
Həmin gün olimpiadanın proqramına uyğun olaraq “PARK İNN” otelində Ekologiya İdarəsinin təşkilatçılığı ilə Olimpiada iştirakçıları arasında breyn-rinq intelektual yarışması da keçirilib. Yarışmada 12 ölkədən gələn sagird komandaları öz biliklərini sınayıblar. Breyn-Rinq yarışmasında Ətraf mühitin biologiyası, kimyası, fizikası və ətraf mühitin sosiologiyası fənləri üzrə suallar əhatə olunurdu. Yarışmada komandalara 35 ədəd test üsulunda tərtib edilmiş suallar verildi. Düzgün cavablandırılan hər bir suala 10 xal verilirdi.
Cənubi Afrika Respublikasının, Türkiyənin və Tailandın nümayəndələrindən təşkil olunmuş komanda yarışmada 220 xal yığaraq qalib elan olunub. Qalib komandaya Ekologiya İdarəsinin rəisi Azər Əliyev tərəfindən hədiyyələr və ARDNŞ-nin xüsusi sertifikatı təqdim olunub.
Dünən olimpiadasının açılışı olub. Dünyanın 33- ölkəsindən iştirakçıların qatıldığı olimpiadada münsiflər heyətinə 97 layihə təqdim edilib. Olimpada layihələrin nümayiş olunması ilə başladı. İştirakçıların təqdim etdiyi layihələr tamaşaçılar tərəfindən müsbət qarşılandı. Qalib adı uğrunda yarışan iddialıların çox olması münsiflər heyətinin üzvalərini çətin vəziyyətə salıb. Mərasimdə iştirakçılar ölkələrinə həsr olunmuş stendlər də nümayiş etdiriblər. Olimpiadaya təkcə ölkəmizdən 45 layihə təqdim olunub ki , bunun da 27-si bölgələrdə təhsil alan şagirdlər tərəfindən hazırlanıb.


Fuad
URL / WWW
http://kelam.az/article/a-1623.html