Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “SOS-uşaq kəndi internat məktəbində ekoloji maarifləndirmə tədbiri keçirilib
13.07.10 16:43

“Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən 2010-cu il üçün uşaq və gəncləri nəzərə alaraq xüsusi proqram hazırlanıb

Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin təşkilatçılığı ilə Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə başlanılıb. ARDNŞ-nin Ekologiya İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, ilk tədbir mayın 18-də “SOS – uşaq kəndi internat məktəbində tədbir həyata keçirilib. Tədbirdə ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi Füzuli Hacıyev, Azərbaycandakı Amerika Ticarət Palatasının və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, mütəxəssislər, məktəbin müəllim heyəti və şagirdləri iştirak ediblər. Öncə iştirakçılara bu layihənin məqsədi və təşkilatçıların fəaliyyəti haqqında geniş danışılıb. Sonra “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Ekoloji monitorinq departamentinin “Səyyar monitorinq xidməti”nin rəisi Maqsud Babayev  şagirdlərə ekoloji anlayışlar, respublikamızın ekoloji durumu və təbii ehtiyatları, tullantıların idarə olunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi mövzusunda əyani məlumatı təqdim edib. Ardından isə şagirdlərin sualları cavablandırıb. 
Sonda  şagirdlərə ARDNŞ-nin Ekologiya İdarəsinin və “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəmzi hədiyyələri təqdim olunub və xatirə şəkili çəkilib.
Qeyd edək ki, bu istiqamtdə görülən işlərədən biri kimi “Ekosfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən 2010-cu il üçün uşaq və gəncləri nəzərə alaraq xüsusi proqram hazırlanıb. Bu proqram bütün uşaq və məktəb kollektivlərini, eləcə də, tələbə gəncləri ekoloji proqramların və 2010-cu ildə Azərbaycanda keçiriləcək layihələrin müzakirəsi və qiymətləndirilməsinə, informasiya mübadiləsinə və müxtəlif müstəqil aksiya və tədbirlərə cəlb olunması nəzərdə tutulur. Proqram çərçivəsində «EkoSfera» Sosial-Ekoloji Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ-in Ekologiya İdarəsi və «Təmiz Şəhər» ASC ilə birgə «Ekos» uşaq-gənc ictimai müstəqil ekoloji mükafatını elan edib.
Proqram çərçivəsində artıq razılaşdırılmış məktəblərdə xüsusi yaradılmış ekoloji uşaq qrupları tələbə və magistrlarla birgə nominantların seçilməsi üzərində işləyəcək və nominantlar layihəyə görə 12 müxtəlif nominasiya üzrə təklif olunacaq.
Nominatların seçilməsində məqsəd gələcək nəsillər üçün daha çox prioritet olan ekoloji mövzuları, tədbirləri müəyyən etməkdir. Bir il ərzində məktəblərdə və Orhus İctimai Ekoloji İnformasiya Mərkəzində uşaqlar seçilmiş informasiyanı nəzərdən keçirərək, uyğun nominantları seçəcəklər. İş prosesində uşaq ekoloji qrupları ilə, eyni zamanda, ekspertlərlə qısamüddətli ekoloji görüşlər keçiriləcək (görüşlərin mövzuları seçilmiş nominasiyalar ilə əlaqəli olacaq). Daha sonra seçilmiş bütün nominantlar internet səs vermə yolu ilə qiymətləndiriləcəklər.
İlin sonunda keçiriləcək rəsmi tədbirdə 12 nominasiyanın qalibləri  xüsusi «Ekos» mükafatı ilə təltif olunacaqlar. Mükafat uşaqların təklif etdikləri eskizlər əsasında peşəkar rəssam-dizayner tərəfindən hazırlanacaqdır.


Fuad
URL / WWW
http://kelam.az/article/a-1621.html