Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DİP sədri Asim Mollazadə Polşaya səfər edib
12.07.10 19:31

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına həsr olunan Varşava Şərqi Avropa konfransında iştirak etmək üçün Polşaya səfərə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DİP-in mətbuat xidmətindən veriblər. “Biz hara gedirik? Post-kommunist və post-sovet ölkələri son 20 ildə” mövzusunda keçiriləcək konfransda “Şərq tərəfdaşlığı” proqramının birgə təşəbbüskarı kimi Polşanın rolu, bu layihənin reallaşmasında rəsmi Varşavanın öhdəlikləri, “Şərq tərəfdaşlığı” ilə bağlı ehtimalların reallaşdırılması səviyyəsinin qiymətləndirilməsi, tərəfdaş ölkələrdən gözlənilən təşəbbüslər müzakirə olunacaq. A.Mollazadə “Azərbaycanın son 20 ildə qət etdiyi məsafə və Şərq tərəfdaşlığı proqramında rolu” mövzusunda məruzə edəcək. Ölkəmizin post-sovet dönəmindəki vəziyyəti barədə məlumat verəcək, onun “Şərq tərəfdaşlığı” proqramında iştirak perspektivlərinə və öhdəliklərinə, Avropa məkanına verə biləcəyi töhfələrə aydınlıq gətirəcək.
URL / WWW
http://kelam.az/article/a-1618.html