Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK: “I ixtisas qrupu üzrə keçirilən imtahanda qanun pozuntularına yol verənlərin çoxu oğlanlar olub”
13.07.10 03:31

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün respublika üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanını başa çatdırıb. İmtahandan 60-a yaxın abituriyent müxtəlif qayda pozuntusuna görə xaric edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib. O, qeyd edib ki, təşkilati baxımdan birinci qrup üzrə imtahan digər qruplarla müqayisədə çətin hesab olunur. “Qayda pozuntusuna yol verənlərin əksəriyyəti oğlanlar olub. İmtahanın nəticələri sabah elan olunacaq. Hazırda nəticələrin emal prosesi gedir. Müsabiqə balı 250 bal nəzərdə tutulub, lakin imtahanların nəticələrindən asılı olaraq müsabiqə balı dəyişə bilər”,-deyə E.Nağızadə bildirib. Xatırladaq ki, I ixtisas qrupu üzrə 35 769 abituriyent ərizə təqdim edib. İmtahan ölkənin Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində keçirilib.
URL / WWW
http://kelam.az/article/a-1617.html