Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda ABŞ və Azərbaycanın müdafiə rəsmiləri arasında ikigünlük müdafiə məsləhətləşmələri başlayıb
12.07.10 19:28

Bakıda ABŞ və Azərbaycanın müdafiə rəsmiləri arasında ikigünlük ikitərəfli müdafiə məsləhətləşmələri başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya ABŞ-ın Azərbaycandakı səfirliyi veriblər. Görüşlər zamanı Pentaqon və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ikitərəfli əməkdaşlıq üzrə geniş çesiddə məsələləri nəzərdən keçirəcək və növbəti il üçün konkret planlar müəyyənləşdirəcəklər. ABŞ müdafiə naziri köməkçisinin müavini Selesta Uolander ikitərəfli müdafiə məsləhətləşmələri üzrə Birləşmiş Ştatların nümayəndə heyətinə rəhbərlik edir. ABŞ-ın Avropa komandanı və ABŞ səfirliyinin rəsmiləri onunla birgə məsləhətləşmələrdə iştirak edirlər. Qeyd edək ki, ikitərəfli müdafiə məsləhətləşmələri Bakı ilə Vaşinqton arasında növbə ilə ildə bir dəfə keçirilir.
URL / WWW
http://kelam.az/article/a-1613.html