Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP-ın gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb
12.07.10 23:22

Yeni Azərbaycan Partiyasının (YAP) Oğuz şəhərində gənclər üçün təşkil etdiyi yay istirahət düşərgəsinin ikinci mərhələsi başa çatıb. Partiyanın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən xəbərə görə, düşərgədə YAP Gənclər Birliyinin müxtəlif şəhər və rayon təşkilatlarını təmsil edən 70 fəal gənc iştirak edib. Düşərgənin ilk günü gənclər əvvəlcə Şəkiyə səfər edib, şəhərin tarixi abidələri və muzeyləri ilə tanış olublar. Sonra iştirakçılar düşərgədə təşkil olunmuş əyləncəli proqramlarda iştirak edib, intellektual oyunlar üzrə yarışıblar. Düşərgənin proqramına uyğun olaraq gənclər arasında “Vətənpərvərlik: gənclərin baxışı” mövzusunda diskussiya keçirilib. Sonra gənclər Milli Məclisin deputatları ilə görüşüblər. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzovun təklifi ilə gənclər 3 qrupa bölünərək müxtəlif mövzular ətrafında diskussiyalar aparıblar. Deputat Rauf Əliyevin rəhbərlik etdiyi qrup “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”, deputat Eyvaz Qurbanovun rəhbərlik etdiyi qrup “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”, deputat İlham Məmmədovun rəhbərlik etdiyi qrup isə “Düşünmə ki, Vətən mənə nə edib, düşün ki, mən Vətən üçün nə etmişəm” mövzuları üzrə çıxışlar hazırlayıblar. Hər qrupdan seçilmiş 5 gənc 3 dəqiqə müddətində öz fikirlərini bildirib.
URL / WWW
http://kelam.az/article/a-1611.html