Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Dağıstan dəmir yolunda baş vermiş partlayışda sağ qalan azərbaycanlılar Bakıya yola salınıb
13.07.10 03:21

Rusiya Federasiyiasının Dağıstan Respublikasında dəmir yolunda baş vermiş partlayışla əlaqədər yolda qalan sərnişinlər avtobuslarla başqa stansiyalara, oradan isə ayrılmış qatarlarla təyinat məntəqəsinə yola salınıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar, daha çox Azərbaycana işləyən qatarların sərnişinlərinə aiddir. Bu ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 08.29-da Dərbəndə 391 saylı Bakı-Rostov qatarı çatıb. Qatarda 286 nəfər, o cümlədən 50 uşaq olub. Sərnişinlər saat 13.50-də başqa qatarla Rostov şəhərinə göndəriliblər. Saat 12.30-da isə 391 saylı Tümen-Bakı qatarı hadisə yerinə çatıb. Qatarda 140 sərnişin, o cümlədən 6 uşaq olub. Onlar avtobusla İzberbaş stansiyasına daşınıb, oradan isə qatarla Bakıya göndəriliblər. 373 saylı Bakı-Tümen qatarı 220 sərnişinlə saat 16.00-da İzberbaş stansiyasına çatıb. Oradan 7 avtobusla sərnişinləri Mahaçqalaya aparıblar və başqa qatarla yola salıblar. Hazırda partlayış yerində aşmış vaqonlar, o cümlədən yola dağılmış yük təmizlənib və bərpa işlərinə başlanılıb.
URL / WWW
http://kelam.az/article/a-1610.html