Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev MSK-nın yeni inzibati binasının açılışında iştirak edib
13.07.10 03:21

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) yeni inzibati binasının açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, komissiyanın üzvləri və əməkdaşları dövlət başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev yeni binanın istifadəyə verilməsi münasibətilə komissiya üzvlərini və əməkdaşlarını təbrik edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Məlumat verilib ki, milli eklektika üslubunda inşa olunmuş doqquzmərtəbəli binada komissiya üzvləri və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hündürlüyü 39 metr olan binanın ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var. Binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılıb, ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb. Bina ilə tanış olan prezident İlham Əliyev MSK-nın kollektivini bir daha təbrik edib, tövsiyələrini verib.
URL / WWW
http://kelam.az/article/a-1609.html