Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi jurnalistləri mükafatlandırdı
10.07.10 03:06

Bu gün Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət mövzusunda yazan jurnalistlər arasında keçirdiyi müsabiqənin qaliblərinin mükafatlandırıb. KƏLAMİNFO xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutan mükafatlandırma mərasimində milli mətbuatımızın 135 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə KİV-lərın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən danışıb. Tədbirdə çıxış edən millət vəkili Aqil Abbas və digərləri Azərbaycan mətbuatının 135 illik inkişaf tarixindən, müstəqil Azərbaycanda jurnalistlər üçün yaradılan şəraitdən danışıblar. Çıxış edənlər milli mətbuatımızın dünəni və bu günü haqqında fikirlərini bölüşüblər. Sonra müsabiqənin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim edilib.
URL / WWW
http://kelam.az/article/a-1608.html