Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Arif Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib
09.07.10 21:05

Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 3 may 2010-cu il tarixli Sərəncamı RİTN-nin qarşısında bir sıra vəzifələr qoyub. Sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə Kosmik məsələlər üzrə Şura yaradılıb. Arif Mir Cəlal oğlu Paşayev kosmik məsələlər üzrə Şuranın sədri təyin edilib.
URL / WWW
http://kelam.az/article/a-1605.html