Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “Samp” qitələrarası muzeylər şəbəkəsinin seminarı işə başlayıb
10.07.10 03:22

Şəhriyar adına Mədəniyyət Mərkəzində “Samp” qitələrarası muzeylər şəbəkəsinin seminarı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, “Samp”ın icraçı direktoru xanım Elizabet Olofssonun apardığı seminarda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Stokholm Kral Texnologiya Universiteti, Filippin, Tanzaniya, Kolumbiya, Hindistan muzeylərinin əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri, ziyalılarımız iştirak edirlər. Seminar günlərində Azərbaycan Turizm İnstitutunda, Qərb Universitetində və digər təhsil ocaqlarında tələbələrlə görüşlər nəzərdə tutulub. Qonaqlar, həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və onun filialları, habelə maestro Niyazinin ev-muzeyi və Vagif Mustafazadənin xatirə muzeyinin ekspozisiyaları ilə də tanış olacaqlar. Seminarda, həmçinin Azərbaycanda ilk dəfə olaraq muzey işinə dair beynəlmiləl nəşr olan “Daha yaxşı işləməyin yolları, işçiləri təşviq etmənin əhəmiyyəti” adlı kitabın təqdimatı keçiriləcək. Seminar iyulun 11-dək davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-1604.html