Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan diplomatik xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir
09.07.10 17:22

Bu gün Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunur. KƏLAMİNFO xəbər verir ki, peşə bayramı münasibətilə xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarına əklil qoyublar. Görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül qoyulub. Sonra XİN əməkdaşları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş Vətənin qəhrəman oğullarının məzarlarını ziyarət ediblər, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar. Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.
URL / WWW
http://kelam.az/article/a-1602.html