Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin yeni inzibati binasında olub
09.07.10 23:21

Bu gün Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, ümumi sahəsi 12 min kv/metr olan inzibati binada nazirliyin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Üçmərtəbəli binanın birinci mərtəbəsində vətəndaşların qəbulu şöbəsi, elektron kitabxana və köşk, monitorinq mərkəzi, 200 nəfərlik akt zalı var. İkinci mərtəbədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşir. Üçüncü mərtəbədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən Böhran Mərkəzi yerləşir. Böhran mərkəzindəki elektron xəritə vasitəsilə 103 xidməti haqqında bütün məlumatı əldə etmək olar. Bundan əlavə, bu mərtəbədə kollegiya zalı və Səhiyyə Nazirliyinin muzeyi yerləşir. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-1601.html