Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQDK sədri: “Zərərli dini ədəbiyyatın ölkəyə idxalında kəskin azalma müşahidə olunur”
08.07.10 21:13

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi zərərli dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu barədə YAP-ın rəsmi sayıtına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. O vurğulayıb ki, bu məqsədlə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq münasibətləri qurulub. “On minlərlə zərərli dini ədəbiyyatın ölkəyə idxalının qarşısı alınıb. Əvvəlki illərlə müqayisədə, hazırda zərərli dini ədəbiyyatın ölkəyə idxalında kəskin azalma müşahidə olunur. Mütəmadi olaraq respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxışlar keçirilir. Əvvəllər müvafiq razılıq alınmadan ölkəyə çoxlu sayda dini ədəbiyyat idxal edilirdisə, son dövrlər bu cür halların qarşısı alınır. Bunun səbəbi Dövlət Komitəsi və digər aidiyyəti qurumların bu sahəyə nəzarəti daha da artırmasıdır”-deyə, H.Orucov söyləyib. Onun sözlərinə görə, dövlət bu istiqamətdə səylərini daha da gücləndirdiyindən, həm sözügedən sahədə biznes quraraq qanunsuz yolla varlanmaq istəyənlər, həm də ölkəmizdə qeyri-ənənəvi, pozucu ideologiyaların yayılmasında maraqlı olan dairələr məkrli niyyətlərini həyata keçirə bilmirlər. H.Orucov hazırda bu istiqamətdə daha da ciddi işlərin aparıldığını əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1600.html