Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyində AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib
30.10.09 02:58

Səhiyyə Nazirliyində AR İnzibati Xətalar Məcəlləsinin 64.1, 230.1 və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Məlumatda bildirilir ki, xüsusi razılıq (lisenziya) olmadan tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 2009-cu ilin 10 ayı ərzində tibb fəaliyyəti üzrə 116, əczaçılıq fəaliyyəti ilə məşğul olmağa görə 2009-cu ilin son üç ayı ərzində 119 fakt aşkar edilib. AR səhiyyə nazirinin 03 may 2007-ci il tarixli “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 nömrəli əmrinin tələblərini yerinə yetirməyən 22 aptek müəssisəsinə İnzibati Xətalar Məcəlləsinin 230.1-ci maddəsi ilə protokollar tərtib edilib. Həmin faktlar rəsmiləşdirilərək Səhiyyə Nazirliyinə göndərilib və AR İnzibati Xətalar Məcəlləsinin 64.1-ci, 230.1-ci və 230.2-ci maddələrinə əsasən müvafiq qərarlar qəbul edilib və cərimə sanksiyaları tətbiq olunub.
URL / WWW
http://kelam.az/article/a-160.html