Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Yazıçı Əlibala Hacızadə:
19.10.09 14:58

Mən neçə illərdir Hacı Mirəzizi İslami dərindən bilən üç-dörd ruhanidən Ən layiqlisi hesab etmişəm. Çıxışlarına qulaq asanda belə bir din xadimimizin olduğuna çox sevinmişəm. Onlar bizi maarifləndirməsə çox şeyi itirmiş olarıq. Hacı Mirəzizin elmi və dünya görüşü genişdir. Bu şeir kitabında sevən, atılan adamın dərdi var, tənqid xüsusi yer tutur. Şairi danışdıran elə məhz bunlardır. Mən düşünürəm ki, elə dərd olan yerdə poeziya var. Hacı Mirəziz də dərdlərdən yanaraq yazan şairdir. Onun «Divan»ına nəzər salanda, varaqladıqja-varaqlayırsan, oxuduqca-oxuyursan, mənəvi qid alırsan, kitabı yerə qoymaq istəmirsən. Elə bilirsən ki, orada vəsf olunan nazəninlər səndən injiyər, narahat olursan, biixtiyar sonsuzluğa gedirsən. Deməli, şair Əziz Pünhan öz oxujusunu heyran edə bilib, onu ovsunlayıb. Budur sözün sehri… Doğrusu Hacı Mirəziz mənə 60 yaş deyəndə çaşbaş oldum. Görünür ətrafına jənnət hurilərini toplayan Hacı həm ruhən və həm də cismən özünə cavanlıq məlhəmi tapa bilmişdir. Belə də yaşa mənim qardaşım. Yaşa və yaşat!
URL / WWW
http://kelam.az/article/a-16.html