Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » NATO-nun baş katibi AB-ni Türkiyəyə qarşı ədalətli olmağa çağırıb
09.07.10 03:00

NATO-nun baş katibi Anders Foq Rasmussen Avropa Birliyinin Türkiyəyə qarşı daha ədalətli davranmasının vacibliyini vurğulayıb. KƏLAMİNFO Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rasmussen Türkiyə ilə yalnız NATO-da deyil, Avropa Birliyində də bir ortaq olaraq yaxın əlaqələrin önəmli olduğunu söyləyib. Baş katib Danimarkada yayımlanan bir qəzetə verdiyi açıqlamada Avropa Birliyini Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi üçün üzvlük müzakirələrindən əlavə bir sıra praqmatik addımlar atmağa çağırıb. Rasmussen xüsusilə AB-nin hərbi missiyalardakı qərar vermə mexanizmlərində Türkiyəyə daha çox rol verməsinin vacibliyini vurğulayaraq Türkiyənin Avropa Müdafiə Agentliyinə üzv olma istəyinə müsbət cavab verilməsini istəyib. Norveç kimi AB üzvü olmayan ölkənin bu mexanizmin içində yer aldığına diqqət çəkən NATO-nun baş katibi Türkiyəni hərbi araşdırma və inkişafı nəzərdə tutan bir qurumdan kənarda tutmanın ədalətsizlik olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-1598.html