Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əhməd Davudoğlu Londona bir günlük rəsmi səfər edib
08.07.10 19:59

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Londona bir günlük rəsmi səfərə gedib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Böyük Britaniyada may ayında keçirilən parlament seçkilərindən sonra Türkiyədən bu ölkəyə ilk rəsmi səfəri həyata keçirən Ə.Davudoğlu Londonda Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesi, Kıbrıs məsələsi, İsrailin "Mavi Mərmərə" gəmisinə qanlı basqınından sonra yaşananlar və İranın nüvə proqramı ilə bağlı müzakirələr aparacaq. Ə.Davudoğlu ingiltərəli həmkarı ilə yanaşı, baş nazirin müvini Nik Kleqq ilə görüşəcək, Beynəlxalq Əlaqələr üzrə Kral İnstitununda "Yeni dünya düzənində transatlantik və ittifaq əlaqələrinin rolu" mövzusunda çıxış edəcək. Ə.Davudoğlunun İngiltərə mediası ilə də bir araya gəlməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-1597.html