Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK bu gündən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayır
09.07.10 02:59

Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbuluna başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə verib. O, qeyd edib ki, ərizə qəbulu internet vasitəsilə iyulun 8-dən avqustun 10-dək aparılır. “Abituriyentlər qeyd olunan müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini daxil etməklə qeydiyyatdan keçə və iş nömrəsi ilə şifr əldə edə bilərlər. Burada cari il iyulun 1-dək 16 yaşına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar. Bundan sonra abituriyentlər tələb olunan sənədlərini TQDK-nın internet səhifəsində göstərilən müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim etməklə ərizələrini təsdiq etdirirlər”-deyə, E.Nağızadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-1596.html