Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hidayət Orucov: “Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı nadir ölkələrdəndir”
08.07.10 19:57

“Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı nadir ölkələrdəndir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov səsləndirib. H.Orucov bildirib ki, Azərbaycan dövləti məscid sökən deyil, məscid tikən dövlətdir. “Son illər ölkəmizdə neçə-neçə dini abidələrimizdə bərpa və yenidənqurma işləri aparılıb və bu işlər davam etdirilir. Bildiyiniz kimi, bu günlərdə prezident daha bir qədim ibadət ocağının – Bakının memarlıq incilərindən olan Əjdərbəy məscidinin əsaslı təmiri, bərpası və aparılan yenidənqurma işlərinin tamamlanmasına dair Sərəncam imzalayıb”,-deyə H.Orucov vurğulayıb. Komitə sədri qeyd edib ki, dini-tarixi abidələrin bərpasına xüsusi önəm verən Heydər Əliyev Fondu 2006-cı ildən "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkə ərazisində müxtəlif dini-mədəni abidələrin bərpa və yenidənqurma işlərini həyata keçirir. Bütün bunlar Azərbaycan rəhbərliyinin dinə, dindarlara olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
URL / WWW
http://kelam.az/article/a-1593.html