Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 76,3 min körpə dünyaya gəlib
09.07.10 02:56

Cari il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9047 min nəfərə çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, əhalinin 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. Ölkə əhalisinin 31 faizini isə 14-29 yaşlı gənclər təşkil edir. Hesablamalara görə, cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır. Cari ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,3-dən 17,2-dək artıb.
URL / WWW
http://kelam.az/article/a-1592.html