Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Qarabağ münaqişəsinin həll edilməsi ABŞ-ın iki partiyalı xarici siyasət kursunun həlledici elementi deyil”
08.07.10 19:54

ABŞ Qarabağ probleminin həllində prinsip etibarı ilə maraqlıdır, lakin, o, regionda Rusiyanın xoşu gəlməyən heç bir addımı ata bilməz. Çünki, ABŞ-ın beynəlxalq siyasətdə Rusiyanın dəstəyinə çox böyük ehtiyacı var. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib. Politoloqun fikrincə, hətta hazırkı şəraitdə Qarabağ münaqişəsinin həll edilməsi ABŞ-ın iki partiyalı xarici siyasət kursunun həlledici elementi deyil. “Cənubi Qafqaz Birləşmiş Statların strateji maraqlar zonasına bölgə kimi daxildir, həyati maraq zonası kimi daxil deyil. ABŞ-ın bu gün xarici siyasətində İranın nüvə proqramı, Əfqanıstanda düşdüyü “bataqlıq”dan çıxa bilmək və İraqdan öz qoşunlarını çıxardıqdan sonra Yaxın Şərqin gələcək vəziyyətinin necəliyi ətrafında olan məsələlər həyati element kimi rol oynayır. Məhz bu kimi problemlərin həllində Birləşmiş Statların Rusiyanın köməyinə böyük ehtiyacı var. Buna görə də Amerika heç vaxt onun həyati maraqlarına problem kimi aid olmayan Qafqazda Rusiyanın maraqları ilə oynaya bilməz. Ən ciddi halda o, Rusiyanın şifahi tənqid etməklə kifayətlənir. Bunun da onların əlaqələrinə heç bir təsiri yoxdur. Ona görə, ABŞ dövlət katibinin səfərində Ermənistana Qarabağdan qoşunlarını çıxarması ilə bağlı hansısa təsiri yersizdir. Çünki, bu birbaşa Rusiyanın maraqları ilə ciddi şəkildə oyanamaq olar”-deyə, politoloq əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1591.html