Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə İranlı nazirlə görüşüb
07.07.10 23:25

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. A.Paşazadə Azərbaycanla İran arasında dostluq münasibətlərinin qədim tarixi olduğunu vurğulayıb. Cari ilin aprelində Bakıda “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda keçirilmiş dini liderlərin ümumdünya sammiti barədə məlumat verən A.Paşazadə belə bir tədbirin Azərbaycanda keçirilməsini mühüm hadisə adlandırıb. “Çox yüksək səviyyədə keçirilən bu sammitdə İslam aləminin tanınan alimlərindən Ayətullah Məhəmməd Əli Təsxiri də iştirak edirdi. Belə bir nüfuzlu insanın tədbirdə iştirakı bizi sevindirməyə bilməzdi”-deyə, A.Paşazadə əlavə edib. S.M.Hüseyni İran prezidentinin salamlarını Şeyxə çatdırıb və QMİ sədrini ölkəsinə dəvət edib. A.Paşazadə “Qurani-Kərim”in ən qədim nüsxələri barədə qonağa məlumat verib və bu kitabların bərpası probleminin mövcudluğundan söhbət açıb. İranlı nazir bu dəyərli işdə QMİ-yə yardımçı ola biləcəklərini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-1590.html