Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti elmi-metodiki seminarını keçirib
30.10.09 02:58

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tarix fənni üzrə növbəti elmi-metodiki seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda ali məktəblərin II ixtisas qrupu və 9 illik təhsil bazasından orta ixtisas məktəbləri üçün tarix fənnindən qəbul proqramlarının təkmilləşdirilməsinin müzakirəsi olub. Seminar iclasında II ixtisas qrupu üzrə “Azərbaycan tarixi” və 9 illik təhsil bazasından orta ixtisas məktəbləri üçün qəbul proqramları geniş müzakirə edilib. Orta məktəb dərsliklərində əsaslı dəyişikliklər olmadığından, qəbul proqramlarında yalnız redaktə xarakterli düzəlişlər aparılıb. Ali məktəblərin II ixtisas qrupu və 9 illik təhsil bazasından orta ixtisas - məktəbləri üçün qəbul proqramlarının ədəbiyyat siyahısına Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş və 2005-2009-cu illərdə nəşr edilmiş tarix dərslikləri əlavə edilib. Geniş və hərtərəfli müzakirələrdən sonra II ixtisas qrupu və 9 illik təhsil bazasından orta ixtisas məktəbləri üçün tarix fənnindən qəbul proqramları təsdiq olunub. Növbəti seminar iclasında III ixtisas qrupunda istifadə olunmuş test tapşırıqlarının (C variantı) müzakirəsi olacaq.
URL / WWW
http://kelam.az/article/a-159.html