Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda 425 dini icma qeydiyatdan keçib
07.07.10 21:18

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 32 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edib. KƏLAMİNFO xəbər verir ki, şəhadətnamə alan icmalardan 30-u islam, 2-si isə gürcü pravoslav icmasıdır. Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqında” AR Qanununa edilən dəyişikliklərə uyğun olaraq dini qurumlar qeydiyyat keçmədən fəaliyyət göstərə bilməz. H.Orucov rəhbərlik etdiyi komitəyə qeydiyyata alınmaq üçün 782 dini icmanın müraciət etdiyini söyləyib. “Onlardan 748-i islam təmayüllü, 34-ü qeyri-islam təməyüllüdür. Bu günə kimi 425 dini icma dövlət qeydiyyatından keçib, onlardan 408-i islam, 17-i qeyri-islam təmayüllü (9 xristian, 6 yəhudi, 1 krişna, 1 – bəhai) icmalardır. Qeydiyyata alınanlardan 302-si təkrarən qeydiyyata alınan dini icmalardır”,-deyə H.Orucov vurğulayıb. Onun sözlərinə görə, 11 dini icmanın müraciətinə baxılandan sonra onların qeydiyyatla bağlı müraciətinə rədd cavabı verilib. “Buna səbəb qeydiyyat üçün sənədlərin lazımı qaydada hazırlanmaması, tələblərə cavab verməməsidir”,-deyə komitə sədri əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-1588.html